Budapeştdə “Oşadbank”ın maşınları ƏLƏ KEÇİRİLDİ: 7 əməkdaş İTKİN DÜŞDÜbackend

Budapeştdə “Oşadbank”ın maşınları ƏLƏ KEÇİRİLDİ: 7 əməkdaş İTKİN DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oşadbank” Macarıstanda əməkdaşlarının və milyonlarla vəsaitinin qaçırıldığını bəyan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın “Oşadbank” dövlət bankı rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, 5 mart 2026-cı il tarixində bankın inkassasiya xidmətinə məxsus iki avtomobil və 7 əməkdaşdan ibarət briqada Macarıstan ərazisində əsassız olaraq saxlanılıb.

Hadisə Avstriyanın “Raiffeisen Bank”ı ilə Ukraynanın “Oşadbank”ı arasında beynəlxalq müqavilə əsasında həyata keçirilən xarici valyuta və bank metallarının müntəzəm daşınması zamanı baş verib.

GPS siqnallarına əsasən, qanunsuz saxlanılan avtomobillər Budapeştin mərkəzində, Macarıstanın güc strukturlarından birinin yaxınlığında yerləşir.

Maşınların yeri Ukraynanın Macarıstandakı səfirliyi və Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib. Lakin “Oşadbank” əməkdaşlarının harada olduğu barədə hələlik heç bir məlumat yoxdur.

Bankdan vurğulanıb ki, daşınma beynəlxalq daşıma qaydalarına və qüvvədə olan Avropa gömrük prosedurlarına tam uyğun şəkildə rəsmiləşdirilib.

Ələ keçirilən avtomobillərdəki dəyərli yükün miqdarı kifayət qədər böyükdür: bura 40 milyon ABŞ dolları (təxminən 68 000 000 manat), 35 milyon avro (təxminən 64 400 000 manat) və 9 kiloqram qızıl daxildir.

Hazırda Ukraynanın diplomatik korpusu və bank rəhbərliyi vəziyyətin aydınlaşdırılması və əməkdaşların geri qaytarılması üçün Macarıstan tərəfi ilə danışıqlar aparır.

Xuraman Etibarlı

İnterpress.az