Futbol matçında İZDİHAM – 20 nəfər AĞIR XƏSARƏT ALDI – VİDEObackend

Futbol matçında İZDİHAM – 20 nəfər AĞIR XƏSARƏT ALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 ildən sonra Bundesliqaya qayıdan “Hamburq” futbol komandasının azarkeşləri meydançaya qaçıb və basabas başlayıb.

İnterpress.az xəbər verir ki, “Hamburq” futbol klubunun azarkeşləri komaandanın Bundesliqaya qayıtmasını təmin edən qələbəni qeyd etmək üçün meydançaya qaçıb. 20 nəfər ağır yaralanıb.

Hamburq Yanğından Mühafizə İdarəsinin bazar günü, mayın 11-də verdiyi məlumata görə, azarkeşlərdən biri həyati təhlükəsi olan xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ümumilikdə 44 nəfərə tibbi yardım göstərilib.

Polis bəzi azarkeşlərin futbolçuların soyunub-geyinmə otağına daxil olmasına mane olub.

“Hamburq” klubu 7 il Almaniya futbolunun ikinci divizionunda çıxış edib. Ulm üzərində 6-1 qalibiyyət klubu birinci Bundesliqaya qayıdır.

Xuraman Etibarlı

İnterpress.az