Hindistanın istefada olan general-mayoru Bakşi Türkiyəni hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə o, Hindistan televiziyasının canlı efirində çıxışı zamanı deyib.
“Lazım olsa, Türkiyəni çox pis partlada bilərik. Hindistan nüvə dövlətidir.
Türkiyə Xilafəti diriltmək və müsəlmanların xəlifəsi olmaq istəyir.
Onların Yunanıstanla ədavəti var, biz yunanları dəstəkləməliyik.
Türkiyə bizim birbaşa düşmənimizdir. Ərdoğan Kəşmirə 3 min döyüşçü göndərib”, – general-mayor bildirib.
Xuraman Etibarlı
İnterpress.az