Vaşinqton İslamabada ƏL UZATDI: ABŞ Pakistana kömək etməyə HAZIRDIRbackend

Vaşinqton İslamabada ƏL UZATDI: ABŞ Pakistana kömək etməyə HAZIRDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hindistan və Pakistanı gərginliyi azaltmaq üçün yollar tapmağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio Pakistan ordusunun rəisi Asim Munirlə telefon danışığında bildirib.

Vaşinqton Yeni Dehli ilə münaqişənin həllində İslamabada kömək etməyə hazırdır.

“Rubio hər iki tərəfi gərginliyi azaltmaq yollarını axtarmağa çağırmağa davam edib və gələcək münaqişələrin qarşısını almaq üçün ABŞ-yə konstruktiv danışıqlara başlamaqda kömək təklif edib”, – Dövlət Departamentinin rəsmi bəyanatında deyilir.

Xuraman Etibarlı

İnterpress.az