Qazaxıstanda Azərbaycanın balet artistləri uğurlu çıxış edib.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib.
7-10 aprel 2025-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilən Böyük Vətən Müharibəsinin 80-ci il dönümünə həsr edilmiş gənc xoreoqrafların beynəlxalq festivalında teatrın balet artistləri Aza Nurullayeva və Səbinə Məmmədova Bakı Xoreoqrafiya Akademiyasının tərkibində ölkəmizi müvəffəqiyyətlə təmsil edib.
Həmin festivalda Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Qazaxıstandan olan qruplar iştirak edib.
İnterpress.az