backend

Burkina Fasoda terror aktı: 25 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burkina Fasoda törədilən terror aktı nəticəsində 25 nəfər ölüb, 10 nəfər yaralanıb.Yerli mətbuatın məlumatına görə, Toqo ilə sərhəddə yerləşən Bittou şəhəri yaxınlığında naməlum silahlı şəxslər hücum həyata keçirib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Hadisə nəticəsində 25 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

2015-ci ildə Burkina Fasoda başlayan təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120 000-i evlərinə qayıda bilib.

Baş nazir Apollinaire Joachimson Kyelem de Tambela may ayında etdiyi çıxışda ölkə ərazisinin 65 faizinin dövlətin nəzarəti altında olduğunu bildirib.