Buryatiyada dağdan enərkən üç turist donaraq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Buryatiyada faciəvi hadisə baş verib. Krasnoyarskdan gələn 15 nəfərlik turist qrupu aprelin 18-də yürüşə çıxıb.
Ötən gecə qrupun bir neçə üzvü yol kənarındakı bağlı kafeyə çataraq, üç nəfərin həlak olması barədə qeyd qoyub və yenidən geri qayıdıblar.
Səhər saatlarında kafenin sahibi bu hadisə barədə xilasedicilərə məlumat verib.
İlkin məlumatlara görə, turistlərin ölümünə səbəb kəskin soyuqdəymə (hipotermiya) olub.
Hazırda həlak olanların şəxsiyyəti müəyyənləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az






