Buryatiyada “Əbədi məşəl”i söndürən iki tacikistanlı ailə Rusiya vətəndaşlığından məhrum edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Buryatiya Respublikasında hərbi memorialın qarşısındakı “Əbədi məşəl”i söndürdükləri üçün Tacikistandan gələn iki ailə Rusiya vətəndaşlığından məhrum edilib.
Saxlanılan şəxslər hərbi memorialı təhqir etmələrini “ziyansız zarafat” adlandıraraq kəskin hüquqi nəticələrə etiraz ediblər.
Araşdırma zamanı məlum olub ki, vətəndaşlıqdan məhrum edilən ailə başçılarının həmçinin dövlətə vergi borcları olub, onlar mütəmadi olaraq yol hərəkəti qaydalarını pozublar və hərbi uçot üzrə rəsmi öhdəliklərini yerinə yetirməyiblər.
Bununla yanaşı, rəsmi yoxlamalar nəticəsində həmin ailələrdən birinin Rusiya dövlətindən hər ay təxminən 100 min rubl (təxminən 2193 manat) məbləğində uşaq müavinəti aldığı aşkarlanıb.
Vətəndaşlığın ləğv edilməsi qərarı ilə bütün bu sosial ödənişlərin verilməsi də dayandırılıb.

Xuraman Etibarlı
İnterpress.аz






