Buryatiyada mədəndə QAR UÇQUNU: 6 nəfər torpaq və qar kütləsinin ALTINDA QALDIbackend

Buryatiyada mədəndə QAR UÇQUNU: 6 nəfər torpaq və qar kütləsinin ALTINDA QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buryatiyadakı “İrokinda” mədənində qar uçqunu olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Buryatiyada yerləşən “İrokinda” mədənində ağır hadisə baş verib. Qarın uçması nəticəsində 6 nəfər uçqun altında qalıb.

Məlumata görə, dağ-mədən şirkətinin üç işçisi hadisə yerindən müstəqil şəkildə çıxa bilib.

Hazırda uçqun altında qalan digər şəxslərin xilas edilməsi istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az