BVF direktoru 2023-cü ildə qlobal iqtisadi artımın daha da yavaşlayacağını proqnozlaşdırıbbackend

BVF direktoru 2023-cü ildə qlobal iqtisadi artımın daha da yavaşlayacağını proqnozlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristalina Georgiyeva 2023-cü ildə qlobal iqtisadi artımın 2,7 %-ə qədər azalmasına ehtimal verib.

Bu barədə o, Çində “bir üstəgəl altı” formatında keçirilən dəyirmi masanın yekunlarına dair çıxışında bildirib.

“Qlobal iqtisadi artım 2022-ci ildə kəskin şəkildə 3,2 %-ə düşüb və biz gələn il 2,7 %-ə qədər daha da yavaşlamanı proqnozlaşdırırıq”, – BVF-in rəsmisi qeyd edib.

K.Georgiyevanın sözlərinə görə, yaşayış qiymətlərinin qlobal böhranının səbəbləri pandemiya, Rusiya-Ukrayna müharibəsi və yüksək inflyasiyadır:

“Dünyanın düşdüyü ciddi qeyri-müəyyənlik səviyyəsi daha da sıx əməkdaşlıq tələb edir”.