“Camaatın onları daşa basacağını bilirlər” – Rəsul Quliyevbackend

“Camaatın onları daşa basacağını bilirlər” – Rəsul Quliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Köçəryan, Sarkisyan kimi cinayətkarlar Ermənistanın rayonlarına səfər etməyə qorxur. Çünki camaatın onları daşa basacağını bilirlər”.

bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, əvəzində həmin şəxslər ruslara güvənib Xankəndinə istədikləri vaxt səfər edə bilirlər, rus əsgərlərinin əhatəsində özlərini lovğa aparırlar:

“Erməni terrorçuları həm Şuşada, həm də Qaragöldə onların şərəfinə terrora cəhdlə çıxış etdilər. Azərbaycan 10 km-dən çox eni, 95 km uzunluğu olan Laçın dəhlizinə nəzarət etmək imkanına malik deyil.

Rus əsgərləri sülhə məramlıq edirlər etsinlər, ancaq Azərbaycan onun sərhədindən kimin keçdiyinə nəzarət etməlidir.

Faktiki olaraq Azərbaycanın sərhədinə 95+95+10=200 km sərhəd də əlavə olunub. Həmin Laçın dəhlizindən keçən erməni terrorçularını Laçın-Kəlbəcər-Gəncə-Bakı və ya Laçın-Qubadlı-Zəngilan və sair yolla Bakıya qədər getmək, istənilən terror aktları törətmək imkanları var.

Türkiyə Rusiyadan 3-cü partiya S-400 alır, 2-ci və ya 3-cü Atom elektrik stansiyası tikməyə başlayır. Bizim də qardaşımızdır, ancaq RF-nın qarşısında Azərbaycanın sərhədləri ilə əlaqədar qətiyyətli tələb qoymağa cəsarət etmir. Çox ehtimal Rusiya ümumiyyətlə Ermənistanla sərhədə nəzarəti öz əlinə götürməyə cəhd edəcək. Bu çox təhlükəlidir. Bunun nə demək olduğunu fikrimcə Azərbaycan yaxşı bilir.

Türkiyənin monitorinq qrupunun əhəmiyyəti simvolik xarakter daşıyır. Simvoliklikdən reallığa keçmək lazımdır”.