Çamadanlarda və digər səyahət çantalarında ictimai tualet oturacaqlarından xeyli çox bakteriya var.
İnterpress.az xəbər verir ki, baqajın bakterial çirklənməsinin qiymətləndirilməsi Britaniyanın səyahət sığortası üzrə ixtisaslaşmış “InsureandGo” şirkətinin müraciəti əsasında mikrobioloq Emi-Mey Poynter tərəfindən aparılıb.
Tədqiqat üçün nümunələr – sərt və yumşaq gövdəyə malik 10 müxtəlif çamadandan nümunələr (analiz) Londonda hava limanı yaxınlığında sıx dəmir yolu vağzalında götürülüb.
Çamadan tutacaqları stafilokokanın əsas daşıyıcısıdır.
“Nəticələr şok oldu. Onlar çamadanınızı evdə və ya otel otağında çarpayınıza atmazdan əvvəl sizi mütləq iki dəfə düşünməyə vadar edəcək.
Məlumatlara görə, baqajın səthində ictimai tualet oturacağından 58 dəfəyə qədər çox bakteriya ola bilər.
Aşkar edilmiş bakteriyalar arasında infeksiyalara və qida zəhərlənməsinə səbəb olan stafilokok, qida yoluxucu xəstəliklərlə əlaqəli basillər və müəyyən şərtlər altında sidik yollarının infeksiyalarına səbəb ola bilən nisbətən zərərsiz bakteriya olan serratia var.
Çamadanın ən çirkli yerləri təkərlər olub, onların üzərində yüzlərlə bakteriya və göbələk koloniyası aşkar edilib.
İkinci yerdə, xüsusilə yumşaq modellərdə, bakteriyaları sərt olanlardan daha yaxşı udan və saxlayan dib olub.
Üçüncü yeri stafilokokun əsas daşıyıcısı kimi tanınan tutacaqlar tutub”, – hesabatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az