Çanaqqala Zəfərinin 108-ci ildönümü münasibətilə mərasim keçirilibbackend

Çanaqqala Zəfərinin 108-ci ildönümü münasibətilə mərasim keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çanaqqala Zəfərinin 108-ci ildönümü münasibətilə Türkiyənin Çanaqqala şəhərində təntənəli mərasim keçirilib.

“İnterpress.az” xəbər verir ki, mərasim çərçivəsində Çanaqqala savaşında qazalanılan şanlı tarixi Zəfərin 108-ci ildönümündə Türkiyə torpaqlarının müdafiəsi zamanı şəhid olan Azərbaycan əsgərlərinin əziz xatirəsinə həsr olunmuş abidənin açılışı da baş tutub.

Açılış mərasimində iştirak edən Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov, iki ölkənin tarixi qardaşlıq əlaqələrindən, Azərbaycanla Türkiyənin birgə həmrəyliyinin əhəmiyyətindən bəhs edib.

Qeyd edək ki, Azərbaycan əsgərlərinin xatirəsi şərəfinə ucaldılan abidənin təməli ötən il qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə azərbaycanlı heykəltəraşlar tərəfindən inşa olunan abidə ilə qəhrəman Azərbaycan əsgərlərinin xatirəsi əbədiləşdirilib.

Çanaqqala Savaşları Gelibolu Tarixi Sahəsində ayrılmış ərazidə ucaldılan Azərbaycan Şəhidləri Abidəsi Çanaqqala Şəhidlər Abidəsinə təxmini 500 metr məsafədədir, Azərbaycan şəhidləri üçün ayrılan ərazinin sahəsi isə ümumilikdə 1960 kv.metr ərazini əhatə edir.

Heykəltəraş Tural Rzaquliyevin layihəsinə əsasında Bakıda hazırlanan, milli ornamentlərin əks olunduğu bürünc barelyefdə çiyin-çiyinə vuruşan Azərbaycan və Türkiyə əsgərləri təsvir edilən abidənin barelyefi 3 metr yüksəkliyindəki postament üzərinə yerləşdirilib və abidə onu tamamlayan sütunla birlikdə ümumilikdə 13 metr hündürlüyündədir.