Çeçenistanda yeniyetmələr atalarını müharibəyə getməyə məcbur etmək üçün 6 ay polis nəzarətində saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Memorial” məlumat yayıb.
Məlumata görə, Qroznıda 16 yaşlı üç məktəbli polis bölməsində ünsiyyətsiz, vəkillərsiz və izahatsız altı aydan çox vaxt keçirib.
Nəşr xəbər verir ki, onlar dekabr ayında oğurlanıblar və yalnız indi azad ediliblər.
Amma onların azadlığı bir şərtlə baş tutub: yeniyetmələrin ataları Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb cəbhəyə getməli idilər.
Onların hamısının yaşı 50-dən yuxarıdır və hazırda harada olduqları bilinmir.
Bu, ilk belə hal deyil. Dağıstanda 18 yaşlı məktəblini müqavilə bağlamağa məcbur etmək üçün polis bölməsində işgəncələrə məruz qalıblar.
Daha sonra ailəsinin vəkillərinin dediyinə görə, o, itkin düşüb.
Xuraman Etibarlı
İnterpress.az