Cem Yılmaz və Serenay Sarıkaya jurnalistləri məhkəməyə verirlər – FOTObackend

Cem Yılmaz və Serenay Sarıkaya jurnalistləri məhkəməyə verirlər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur yumoristi və şoumeni Cem Yılmaz sevgilisi Serenay Sarıkaya ilə tətil zamanı evinin həyətində media nümayəndələri tərəfindən görüntülənməsinə etiraz olaraq, onları məhkəməyə verdiyini bildirib.

OnlinePress.az xəbər verir ki, bu barədə sənətçi “Twitter” hesabında yazıb.

“Evimi güddüyünüzə görə sizi məhkəməyə verirəm. Böyük cəhdlə evlərdən video çəkməyə çalışmağınızın “mükafat”ı olmalıdır. Təşəkkürlər!”

Qeyd edək ki, Cem Yılmaz 2013-cü ildə aktrisa Ahu Yağtudan boşanıb. Serenay Sarıkaya isə üç il yarım sevgili olduğu aktyor Kərəm Bursinlə evlənməyi düşünmədiyini demişdi.