Cənnət Havay cəhənnəmi yaşayırbackend

Cənnət Havay cəhənnəmi yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havay adalarının Maui adasındakı turizm cənnətində baş verən yanğınlarda ölənlərin sayı 55-ə çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Tarixi liman şəhəri Lahainanın demək olar ki, hamısı alovlara təslim olarkən, bir çox məşhur ulduzun adada evlərinin olduğu məlum olub.

ABŞ-ın Havay əyalətinin ən böyük adalarından biri olan Mauidə avqustun 8-də başlayan və hələ də davam edən yanğınlarda minə yaxın adamdan hələ də xəbər yoxdur. Mauinin tarixi Lahaina şəhərinin 80 faizinin dağıdıldığını deyən əyalət qubernatoru Coş Qrin bunun Havay tarixinin ən dəhşətli fəlakəti olduğunu bildirib.

Can itkisinin artma ehtimalını qiymətləndirən Qrin 1700-dən çox evin külə çevrildiyini qeyd edib.

Bildirilib ki, Mauidə on mindən çox insan elektrik enerjisindən istifadə edə bilmir, həmçinin rabitədə böyük fasilələr var. Adada yaşayan insanların itkin düşmüş ailə üzvlərinə çatmaqda çətinlik çəkdiyi bildirilib. 35 min insanın yaşadığı Maui adasında 30 minə yaxın insanın adadan təxliyə edildiyi açıqlanıb. Yanğından okean sularına tullanaraq sağ qalanların ABŞ Sahil Mühafizəsi qrupları tərəfindən təhlükəsiz məntəqələrə aparıldığı bildirilib.