Cənubi Koreya: ABŞ-ın Çində texnoloji investisiyaların məhdudlaşdırılması iqtisadiyyatımıza təsir etməyəcəkbackend

Cənubi Koreya: ABŞ-ın Çində texnoloji investisiyaların məhdudlaşdırılması iqtisadiyyatımıza təsir etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Çində texnoloji investisiyaların məhdudlaşdırılması iqtisadiyyatımıza təsir etməyəcək.

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ABŞ prezidenti Co Baydenin imzaladığı fərmanın Cənubi Koreyanın iqtisadiyyatına mənfi təsir göstərməyəcək.

“Qadağa gələcək investisiyalara şamil ediləcək və yalnız ABŞ vətəndaşlarını və təşkilatlarını əhatə edəcək”, – nazirliyin açıqlamasında bildirilir.

Açıqlamada məhdudiyyət və qadağaların yerli şirkətlərə məhdud təsir göstərəcəyi, iqtisadiyyata hər hansı mənfi təsirin gözlənilmədiyi bildirilib.

Fərmanın Cənubi Koreya iqtisadiyyatına təsirinin yaxından qiymətləndiriləcəyi vurğulanan bəyanatda hökumətin və yerli şirkətlərin fikirlərinin “lazım gələrsə” Vaşinqtona çatdırılacağı vurğulanıb.