Cənubi Koreya Şimali Koreyanın casus peyki yerləşdirmək üçün uzaqmənzilli raket buraxdığını elan edibbackend

Cənubi Koreya Şimali Koreyanın casus peyki yerləşdirmək üçün uzaqmənzilli raket buraxdığını elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Şimali Koreyanın casus peyki yerləşdirmək üçün uzaqmənzilli raket buraxdığını elan edib/

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Cənubi Koreya Şimali Koreyanın ikinci kəşfiyyat peykini orbitə yerləşdirmək cəhdi çərçivəsində uzun mənzilli raket atdığını bildirib.

Cənubi Koreya ordusundan verilən açıqlamada raket Koreya yarımadasının qərb sahillərində beynəlxalq sular üzərində uçub.

Şimali Koreyanın şimal-qərbində buraxılıb.Onun yerli vaxtla səhər saat 03.50-də Tonqçanq-ri bölgəsindən havaya qalxdıqdan sonra aşkar edildiyi bildirilib.

Tonqçanq-ri bölgəsi Şimali Koreyanın əsas kosmosa buraxılış mərkəzinin yerləşdiyi yer kimi tanınsa da, açıqlamada sözügedən raketin Şimali Koreya tərəfindən peyk daşıyan vasitə ilə buraxıldığı və bunun ikinci cəhd olduğu qeyd edilib.

Digər tərəfdən, Yaponiya Baş Nazirlik ofisi Şimali Koreyanın şübhəli ballistik raket atdığını açıqlayıb və ictimaiyyəti tədbir görmələri mövzusunda xəbərdar edib.

Yaponiya İctimai Televiziyası (NHK) hökumətin Okinava prefektura adalarının sakinlərini dərhal sığınacaq axtarmağa çağırdığını açıqlayıb.