Cənubi Koreya və ABŞ Cənubi Koreyada 11 gün davam edəcək “Ulchi Freedom Shield (UFS)” adlı birgə hərbi təlimlərə başlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Təlim çərçivəsində ümumilikdə 30 müxtəlif sahə araşdırması planlaşdırılır.
Keçən ilki təlimə əlavə olaraq, builki təlimdə qoşunların çevik hazırlığı və Şimali Koreyanın dezinformasiyasına qarşı təlimlər keçiriləcək.
Təlimdə döyüş təyyarəsi pilotlarına düşmən təyyarələrini aşkar edib onların qarşısını almaq, hava və raket hücumundan müdafiə qüvvələrinə mümkün raket hücumlarına cavab vermək üçün təlimlər keçiriləcək.
Təlimdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Koreyadakı Komandanlığı, həmçinin ABŞ və Cənubi Koreya, həmçinin Avstraliya, Kanada, Fransa, Böyük Britaniya, Yunanıstan, İtaliya, Yeni Zelandiya, Filippin və Tailand iştirak edəcək.
Mütəxəssislər sözügedən birgə təlimin Şimali Koreya başda olmaqla region ölkələri arasında gərginliyi artıracağını düşünür.