Cənubi Koreyada ABŞ Koreya Qüvvələrinin əsgəri narkotik qaçaqmalçılığına görə saxlanılıbbackend

Cənubi Koreyada ABŞ Koreya Qüvvələrinin əsgəri narkotik qaçaqmalçılığına görə saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada dislokasiya olunmuş Koreya ABŞ Qüvvələrinin (USFK) əsgəri ABŞ-dan narkotik vasitələri hərbi poçt vasitəsilə qaçaqmalçılıq yolu ilə keçirmək və Cənubi Koreyada istifadə edib satmaqda ittiham olunaraq saxlanılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Gyeonggi Pyeongtaek Polis İdarəsindən verilən açıqlamada, 24 yaşlı USFK əməkdaşının və 2 qadının bölmənin poçtu ilə sintetik narkotik maddələri təmin etməkdə və 2022-ci ilin fevralından 2023-cü ilin mayına qədər USFK əsgərlərinə satmaqda günahlandırıldığı bildirilib.

Belə ki, paytaxt Seuldan təxminən 60 kilometr cənubda yerləşən Pyeongtaek şəhərindəki bazada xidmət edən əsgərin maye sintetik narkotiklərlə maye elektron siqaretləri bir-birindən ayırmağın çətin olmasından istifadə etdiyi bildirilib.

Belə ki, narkotiklərin Pyeongtaek və Dongducheonda yerləşən ABŞ əsgərlərinə 5 nəfər, o cümlədən 2 Cənubi Koreya və Filippinli qadın vasitəsilə satıldığı, sözügedən əsgər və 2 qadının narkotik ticarəti ittihamı ilə nəzarətə alındığı və barələrində ittiham aktı hazırlamaq üçün prokurorluğa sövq edilib.

17 ABŞ əsgərinin qadağan olunmuş maddələrin alqı-satqısına qarışma şübhəsi ilə mühakimə olunmaq üçün prokurorluğa sövq edildiyi paylaşılıb.

Açıqlamada polisin onun ticarətindən əldə etdiyi hesab edilən narkotik vasitələri və pulları müsadirə etdiyi, araşdırmaların davam etdirildiyi bildirilib.

Açıqlamada hərbi poçtların narkotik qaçaqmalçılığı üçün istifadə edilməsinin qarşısını almaq üçün USFK rəsmiləri ilə əməkdaşlıq ediləcəyi vurğulanıb.