Cənubi Koreyada dəhşətli anlar – məktəbə basqın edib müəllimi bıçaqladıbackend

Cənubi Koreyada dəhşətli anlar – məktəbə basqın edib müəllimi bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar bıçaqlı hücumların artdığı Cənubi Koreyanın Daejeon şəhərində orta məktəbə girən naməlum şəxs müəllimi bıçaqlayaraq ağır yaralayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Cənubi Koreyanın Seongnam şəhərindəki ticarət mərkəzində dünən baş verən bıçaqlı hücumdan sonra bu gün növbəti bıçaqlı hücum həyata keçirilib. Daejeon şəhərində orta məktəbə girən naməlum şəxs müəllimi bıçaqlayaraq onu ağır yaralayıb.

Hadisə şahidlərinin sözlərinə görə, 20 yaşlarında olan şübhəli şəxs yerli vaxtla saat 10:00 radələrində özünü məktəbin keçmiş məzunu kimi təqdim edərək məktəbə daxil olaraq müəllimlər otağına gedərək hədəfində olduğu şəxsi axtarıb. Təcavüzkar sinif qarşısında gözləyərkən sinifdə olduğunu öyrəndiyi 40 yaşlı müəllimi tualetə gedərkən müəllimə bıçaqla xəsarət yetirdikdən sonra yoxa çıxıb.

Məktəbin ətrafında genişmiqyaslı axtarışa başlayan polis, hücumçunu hadisə yerindən təxminən 7 kilometr aralıda 2,5 saat sonra yaxalayıb.

Ağır yaralanan müəllimin səhhətinin ağır olduğu öyrənilərkən, hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Dünən Cənubi Koreyanın Seongnam şəhərində çaxnaşma hücumu yaşanıb və maşını ilə ticarət mərkəzinin qarşısında 4 nəfəri yaralayıb, daha sonra içəri girərək 9 nəfəri bıçaqlayıb.

İyulun 21-də Seulda Sillim metro stansiyası yaxınlığında bıçaqlı hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Nəhayət, Cənubi Koreya prezidenti Yoon Suk Yeolun əməkdaşlarına mümkün bıçaqlı hücumların qarşısını almaq üçün kəskin tədbirlər görməyi tapşırdığı bildirilib.