Cənubi Koreyada faciə: bıçaqlı hücumda 9 nəfər yaralanıbbackend

Cənubi Koreyada faciə: bıçaqlı hücumda 9 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın paytaxtı Seul yaxınlığında yerləşən Seongnam şəhərində bıçaqlı hücum olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Naməlum şübhəli şəxs yerli vaxtla saat 17:55 radələrində Seohyeon metro stansiyası yaxınlığındakı AK Plaza ticarət mərkəzinin qarşısında 4 nəfəri vurub, 4 nəfəri yaralayıb.

Daha sonra ticarət mərkəzinə daxil olan təcavüzkar 50 sm uzunluğunda bıçaqla ətrafdakı insanlara hücum edib.

O, Cənubi Koreyada ticarət mərkəzində bıçaqla hücumu nəticəsində 9 nəfəri yaralayıb.

Yaralılardan 9-u bölgədəki xəstəxanalara sövq edildi. Hücum edən şəxs polis tərəfindən saxlanılarkən, hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.

İyulun 21-də paytaxt Seulun Sillim metro stansiyası yaxınlığında bıçaqlı hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.