Cənubi Koreyada şiddətli istilər nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Seul hökuməti həddindən artıq istilərlə bağlı xəbərdarlıq edib.
Ölkədə həddindən artıq istilər nəticəsində həyatını itirənlərin sayı 23-ə yüksəlib ki, bu da 2022-ci ildəki istilər nəticəsində ölənlərin sayından təxminən 3 dəfə çoxdur.
Bu arada, Seul hökumətinin isti dalğası ilə bağlı ən yüksək xəbərdarlığı “ciddi” səviyyədə qalır.
2019-cu ildən bəri ilk dəfə ölkədə “ciddi” xəbərdarlıq edilib.
İyulun 29-30-da Cənubi Koreyada havanın temperaturunun 35 dərəcəyə çatması, mövsümi normaları aşması səbəbindən 17 nəfər həyatını itirib, 73 nəfər günvurma şikayəti ilə xəstəxanalara müraciət edib.
Cənubi Koreya Meteorologiya İdarəsi isti dalğasının təsirini davam etdirəcəyi barədə xəbərdarlıq etmişdi.