Cənubi Koreyada robot ilk dəfə olaraq buddist rahib elan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreyada qeyri-adi bir dini mərasim keçirilib. Çoqyesa ordeninə məxsus məbəddə robot keçirilən xüsusi mərasimlə rəsmi olaraq buddist rahib elan olunub.
Bu, dünyada robotun rahib rütbəsi aldığı ilk belə hadisədir.
Mərasimin təfərrüatları və robotun gələcək fəaliyyəti barədə məlumatlar dəqiqləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az






