Avqustun 2-də Cənubi Koreyanın Saemangeum şəhərində başlayan 25-ci Dünya Skaut Günlərinin gözlənilən “Xanın” tayfunu səbəbindən erkən başa çatması qərara alınıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Ümumdünya Skaut Hərəkatı Təşkilatı Saemangeumda keçirilən 25-ci Ümumdünya Skaut Günlərini erkən bitirmək qərarına gəlib.
Bildirilib ki, sözügedən qərara səbəb havanın temperaturunun yüksəlməsi öz təsirini göstərən ölkəni vuracağı gözlənilən “Xanın” qasırğası olub.
Avqustun 2-də Saemangeum şəhərində başlayan 25-ci Dünya Skaut Günlərinində 158 ölkədən 43 min skaut iştirak edib.
Onlarla iştirakçının istidən xəstələnməsi, 35 dərəcə civarında temperaturda xarab olan yeməklər, bölgədə baş verən daşqınlar nəticəsində duş və tualetlərin tıxanması, eləcə də tədbirdə səhiyyə xidmətlərinin lazımi səviyyədə olmaması bəzi insanlar tədbirin ləğvini tələb ediblər.
Prezident Aparatının mətbuat katibi Kim Eun Hye daha sonra açıqladı ki, prezident Yoon Suk Yeol iştirakçıları isti dalğasından qorumaq üçün kondisionerli avtobuslar və soyuducu yük maşınları ilə təmin edilməsi barədə göstəriş verib.
ABŞ, Sinqapur və Böyük Britaniya komandaları həddindən artıq istilərə görə tədbiri erkən tərk ediblər.