Cənubi Qafqazda güc mərkəzi DƏYİŞİR: Kreml əsəbiləşir, Bakı GÜCLƏNİRbackend

Cənubi Qafqazda güc mərkəzi DƏYİŞİR: Kreml əsəbiləşir, Bakı GÜCLƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın son addımları onun Cənubi Qafqazda zəifləyən təsirini kompensasiya etmək üçün atdığı gərgin və ziddiyyətli cəhdlərdir.

Bu fikirləri Rusiyanın Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi gündəmi alt-üst edən barbar hərəkətləri və məqsədlərini İnterpress.az-a şərh edən Tural İsmayılov səsləndirib.

O bildirib ki, Rusiyanın Cənubi Qafqazda zəifləyən təsirini kompensasiya etməyə çalışır.

“Rusiyanın son addımları onun Cənubi Qafqazda zəifləyən təsirini kompensasiya etmək üçün atdığı gərgin və ziddiyyətli cəhdlərdir.

Azərbaycanın suveren qərarlarına dözümsüz yanaşan Kreml müstəqil xarici siyasəti özünə təhdid kimi görür. Xüsusilə Qarabağ məsələsində Azərbaycanın təkbaşına qələbəsi və Rusiya sülhməramlılarının çıxarılmasından sonra Moskva regiondan kənarlaşdı. Bu, Rusiyanın həm geosiyasi nüfuzuna, həm də imperiya xəyallarına ağır zərbə vurdu.

İndi isə Kremlin məqsədi müxtəlif vasitələrlə – informasiya hücumları, etnik gərginlik yaratmaq, diplomatik təzyiq və miqrantlara qarşı basqılarla – Azərbaycanı neytrallaşdırmaqdır.

Moskva eyni zamanda, Ermənistanla münasibətlərini yenidən dizayn edərək Bakını balanssızlaşdırmağa çalışır. Azərbaycan isə nə siyasi, nə də hərbi baxımdan Rusiyadan asılıdır. Bu, Kremli qıcıqlandırır və onu daha aqressiv edir.

Lakin bu aqressiya Azərbaycanın mövqeyini dəyişə bilməz. Rusiyanın təhdid dili artıq keçərli deyil və zaman dəyişib. Bakı həm regional, həm də qlobal oyunçuya çevrilməkdədir.

Bu səbəbdən də Rusiya onu ya ram etmək, ya da zəiflətmək istəyir. Amma Azərbaycan toplumunda Rusiyaya qarşı artan inamsızlıq Moskvanın planlarını iflasa uğradır. Gələcəkdə bu ziddiyyətlərin daha da kəskinləşəcəyi ehtimalı yüksəkdir”, – politoloq fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az