Çətənə yetişdirən Nardaran və Maştağa sakinləri tutuldubackend

Çətənə yetişdirən Nardaran və Maştağa sakinləri tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi karantin rejimi dövründə Bakının Sabunçu rayonunun Maştağa və Nardaran qəsəbələrinin iki sakini çətənə yetişdirməklə məşğul olub.

Mayın 19-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən ümumi çəkisi 2 kiloqram 485 qram olan 123 narkotik tərkibli bitki kolu aşkarlanıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

1992-ci il təvəllüdlü Maştağa sakini Məşədi Bağırov öz sahəsində 43 çətənə kolu yetişdirdiyinə görə tutulub.

1985-ci il təvəllüdlü Nardaran sakini Ağarzu Ağayev 1 kiloqram 805 qram ağırlığında 83 çətənə kolu yetişdirdiyinə görə məsuliyyətə cəlb edilib.

Narkotik tərkibli bitkilər satış üçün becərilib.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

İnterpress.az