Çin 600 km/saat sürətə çata bilən yeni “Maqlev” qatarının prototipini nümayiş etdirib.
İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Maglev” qatarları maqnit levitasiyasında olan qatarlardır. Tərtibatçıların fikrincə, onlar yüksək səmərəli, təhlükəsiz, enerjiyə qənaətcil və ekoloji cəhətdən təmizdir.
2004-cü ildən Çin Şanxayı “Pudonq” Beynəlxalq Hava Limanı ilə birləşdirən maqnit levitasiya qatarları üçün kommersiya xətti işlədir və xəttdəki qatarlar 430 km/saat sürətə çata bilir.
Pekində maqlev xətti də var, lakin o, yalnız 105 km/saat sürətə çata bilir.
CCRC Changchun Railway Vehicles şirkətindən yeni qatarın inkişaf etdiriciləri tərəfindən Çinin ən böyük şəhərləri arasındakı marşrutlarda xüsusilə populyar olacağı gözlənilir.
Mühəndislər ümid edirlər ki, 5 ildən sonra belə qatarlar üçün daha geniş miqyasda ticarət xətlərinin tikintisinə başlanacaq.
Xuraman Etibarlı
İnterpress.az