Çin dünyada yeganə sənaye supergücüdür – Seçinbackend

Çin dünyada yeganə sənaye supergücüdür – Seçin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin dünyada yeganə sənaye supergücüdür.

İnterpress.az xəbər verir ki, bu barədə “Rosneft”in rəhbəri İqor Seçin VII Rusiya–Çin Enerji Biznes Forumunda çıxışı zamanı bildirib.

O, Pekinin qlobal miqyasda unikal statusa sahib olduğunu bildirib. Onun sözlərinə görə, Çin bu gün planetin yeganə sənaye supergücüdür və dünya sənaye istehsalının 35 faizini təkbaşına təmin edir.

Seçin deyib ki, Moskva–Pekin tərəfdaşlığı ÇXR sədri Si Cinpinin prinsipinə əsaslanır:

“Təhlükəsizlik inkişafın şərtidir, inkişaf isə təhlükəsizliyin təminatıdır”.

O, həmçinin vurğulayıb ki, ABŞ şirkətlərinin Çin komponentlərindən asılılığı hazırda 20 il əvvəlkindən üç dəfə çoxdur və indi amerikalılar Çindən daha çox asılı vəziyyətdədir. Çin şirkətlərinin ABŞ-dən asılılığı isə əksinə – minimal səviyyəyə düşüb.

Seçin bunu Çin rəhbərliyinin “ardıcıl və uzaqgörən siyasətinin nəticəsi” adlandırıb və qeyd edib ki, Rusiya Pekini təmin etmək üçün “bənzərsiz resurslara” malikdir.

Xuraman Etibarlı

İnterpress.az