Çin kosmosa yüksək ayırdetməli optik yer müşahidə peykini “Gaofin-12 04” buraxıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Peyk “Long March 4B” daşıyıcı raketi ilə ölkənin şimal-qərbindəki Ciucuen Peyk Mərkəzindən buraxılıb.
Peyk planlaşdırılan orbital mövqeyinə enib.
Buraxılış Long March raketləri ilə 483-cü uğurlu nəqliyyat missiyası idi.
Peykin kadastr, şəhərsalma, yol şəbəkəsinin layihələndirilməsi, məhsulun proqnozlaşdırılması, ətraf mühitin idarə edilməsi, fəlakətlərin monitorinqi və qarşısının alınmasında istifadə edilməsi nəzərdə tutulub.
Çin kosmosdan daha aydın yer müşahidələri aparmaq üçün ilk dəfə olaraq 2010-cu ildə Gaofin peykləri istehsal etməyə başlayıb və ilk peyki olan Gaofin-1 2013-cü ildə kosmosa göndərilib.
Adı Çin dilində “yüksək ayırdetmə” mənasını verən Gaofun peyklərindən 33-ü hələ də aktivdir.