Çində daşqınlar: 1,2 milyon insan təxliyə edildibackend

Çində daşqınlar: 1,2 milyon insan təxliyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şimalındakı Hibey əyalətində Doksuri qasırğasının yaratdığı daşqınlar səbəbindən 1,2 milyon insan təxliyə edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çinin paytaxt Pekini və Tianjin şəhərini əhatə edən Hıbey əyalətində daşqınlara qarşı mübarizə üçün 8 toplama hövzəsi və müxtəlif ölçülü 155 su anbarı yaradılıb.

Dövlət üzrə 1,2 milyon vətəndaş, o cümlədən bu ərazilərdə yaşayan 850 min nəfər müvəqqəti olaraq təhlükəsiz zonalarda sığınacaqlara yerləşdirilib.

Hibey Fövqəladə Hallar İdarəsi Pekin və Tianjin üzərində təzyiqi azaltmaq üçün 1,8 milyard kubmetr suyun əyalətdəki su toplama sahələrinə yönəldildiyini açıqlayıb.

Çində 1997-ci ildə qəbul edilmiş Daşqınla Mübarizə Qanunu ilə müəyyən edilmiş plana əsasən, ölkə üzrə 98 daşqın hövzəsindən 13-ü Hibey əyalətində yerləşir.

Çoxlu sayda şəhər, qəsəbə və kənd sular altında qalıb.

Çox sayda mahal, şəhər və kənd Sarı çayın çoxsaylı qollarının birləşdiyi əyalətin su hövzələrində su altında qalıb.

Pekindən cənub-qərbdə, 600 min əhalisi olan Kuoku şəhərində 300 ilə 400 milyon kubmetr arasında su toplandığı təxmin edilir.

Mütəxəssislər bildirirlər ki, yağıntıların intensivliyinin azalmasına baxmayaraq, daşqın sahələrində yığılan suyun çəkilməsi aşağı ərazilərdə bir ay çəkə bilər.

1997-ci ildə qəbul edilmiş qanun daşqın hövzələrində yaşayan vətəndaşlara dəymiş ziyanın ödənilməsini nəzərdə tutur.

Çinin şimalını təsir edən Doksuri qasırğası səbəbiylə paytaxt Pekin və ətrafı son 140 ilin ən güclü yağışı ilə üzləşərkən, Pekində 11, Hibey əyalətində isə 9 nəfər daşqınlar nəticəsində həyatını itirib.