Çində dünyanın ilk uçan avtomobil zavodu tikilir.
İnterpress.az xəbər verir ki, Çində dünyanın ilk uçan avtomobil zavodu tikilir, avtomobillərin kütləvi istehsalı planlaşdırılır.
“Çinin cənubundakı Quançjou şəhərində dünyada ilk uçan avtomobillərin kütləvi istehsalı zavodunun tikintisinə başlanılıb.
Birinci mərhələdə zavod “Land Aircraft Carrier” avtomobili üçün modullar istehsal edəcək.
Bu model ilk uçuşunu sentyabrda edib. Onun ilk satışı 2024-cü ilin sonunda başlayacaq”, – məlumatda bildirilir.
Xuraman Etibarlı
İnterpress.az