Çində kömür mədənində partlayış: 11 nəfər ölübbackend

Çində kömür mədənində partlayış: 11 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şimalındakı Şensi əyalətində kömür mədənində baş verən partlayış nəticəsində 11 işçi həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, dünən axşam yerli vaxtla saat 20:00 radələrində Yanan şəhərinin Yançuan rayonunda Şintay kömür mədənində partlayış baş verib.

Partlayış zamanı mədəndə olan 90 işçidən 11-i həyatını itirib.

Xilasetmə qrupları tərəfindən ağır yaralanan 81 işçidən 2-ni müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmasa da, 9 işçinin cansız cəsədi tapılıb.

Qəzanın baş verdiyi şaxtanın 2020-ci ildə fəaliyyətə başladığı və buradan ildə 300 min ton kömür çıxarıldığı açıqlanıb.

Son illərdə qəzaların sayı azalsa da, infrastrukturun köhnə və təhlükəsizlik qaydalarının qeyri-kafi olduğu Çində mədən müəssisələrində qəzalar tez-tez baş verir.

2021-ci ilin sentyabrında Çinxay əyalətində çökən kömür mədənində qalan 19 işçi həyatını itirib.

2021-ci ilin dekabrında Şansi əyalətində qeyri-qanuni fəaliyyət göstərən kömür mədənini su basması 2 işçinin həyatına son qoyub.

25 fevral 2022-ci ildə Quicou əyalətində çökən mədəndə qapalı qalan 14 işçi həyatını itirib.

25 dekabr 2022-ci ildə Sincan-Uyğur Muxtar Bölgəsindəki qızıl mədənində baş verən çökmədə 40 işçi sıxışıb, 18 nəfəri xilas etmək mümkün olmayıb.

Daxili Monqolustan Muxtar Bölgəsində fevralın 22-də açıq kömür mədənində baş verən çökmə nəticəsində torpaq qalaqları altında qalan 5 işçi həyatını itirib.

Fevralın 27-də Sıçuan əyalətində mədənin çökməsi nəticəsində 5 işçi həlak olub.