Çinli hakerlər Vaşinqtondakı Kuba səfirliyinin elektron poçtunu SINDIRDIbackend

Çinli hakerlər Vaşinqtondakı Kuba səfirliyinin elektron poçtunu SINDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinli hakerlər Vaşinqtondakı Kuba səfirliyinin elektron poçtunu sındırıb.

İnterpress.az xəbər verir ki, bu barədə tədqiqatçı mütəxəssislər məlumat yayıb.

Çinli hakerlər bu ilin əvvəlində Vaşinqtondakı Kuba səfirliyinin elektron poçt sisteminə sızaraq onlarla diplomatın yazışmalarını izləyiblər.

Eyni zamanda, çinli kiber hakerlər Venesuela hökumətinin sistemlərinə və bir sıra qlobal serverlərə qarşı da hücumlar təşkil ediblər.

Tədqiqatçıların qənaətinə görə, bu hücumlar dövlət səviyyəsində aparılan geniş miqyaslı kiber-casusluğun tərkib hissəsidir.

Hakerlər kəşfiyyat məlumatlarını sürətlə əldə etmək üçün proqram təminatındakı məlum boşluqlardan istifadə ediblər.

Xuraman Etibarlı

İnterpress.az