Çinli mühəndislərdən NÖVBƏTİ UĞUR: Süni intellektli robot-samuray YARADILDI – VİDEObackend

Çinli mühəndislərdən NÖVBƏTİ UĞUR: Süni intellektli robot-samuray YARADILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində süni intellektli robot-samuray təqdim olunub.

İnterpress.az xəbər verir ki, bu barədə “RobotEra” şirkəti məlumat yayıb.

Çin robotexnika sahəsindəki sürətli inkişafı ilə dünyanı heyrətləndirməyə davam edir.

“RobotEra” şirkəti hərəkət imkanları ilə fərqlənən humanoid (insanabənzər) robot-samurayı nümayiş etdirib.

Sözügedən robot 55 fərqli sərbəst hərəkət dərəcəsinə malikdir ki, bu da ona olduqca mürəkkəb manevrlər etməyə şərait yaradır.

Qurğunun daxilinə yerləşdirilmiş xüsusi süni intellekt sistemi hərəkətlərin dəqiq koordinasiyasına və mükəmməl tarazlığın (balansın) qorunmasına cavabdehdir.

Mühəndislər qeyd edir ki, bu texnologiya robotların gələcəkdə insan hərəkətlərini daha real şəkildə təkrarlamasına imkan verəcək.

Xuraman Etibarlı

İnterpress.az