Tim Kuk “Apple” şirkətindəki baş direktor vəzifəsindən gedir.
İnterpress.az xəbər verir ki, bu barədə Apple məlumat yayıb.
Texnologiya dünyasında böyük dəyişiklik baş verir. Şirkətdə 28 ildən çox çalışan Tim Kuk “Apple”ın baş direktoru (CEO) vəzifəsini tərk edir.
Lakin o, şirkətlə əlaqələrini tamamilə kəsmir; Kuk İdarə Heyətinin icraçı sədri vəzifəsini tutacaq.
2026-cı il sentyabrın 1-dən etibarən “alma korporasiyası”na şirkətin vitse-prezidenti və keçmiş baş texnoloqu Con Ternus rəhbərlik edəcək.

Xuraman Etibarlı
İnterpress.az






