COVID-19-un “Eris” variantı geri qayıdırbackend

COVID-19-un “Eris” variantı geri qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19-un “Eris” variantı geri qayıdır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, koronavirusun “Eris” variantında ən çox rast gəlinən şikayət epidemiyanın ilk günlərində də müşahidə olunan dad və qoxu itkisi olub.

Dünyanın 50-dən çox ölkəsində aşkar edilən COVID-19 Omicron ailəsinin sonuncu mutant virusunun “Eris” variantı İngiltərə və Fransadan sonra digər Avropa ölkələrində də yayılmağa başlayıb.

Koronavirusdan sonra davamlı qoxu itkisi unutqanlığa səbəb olur.

Yeni variantın yoluxma sürətinin yüksək olduğunu vurğulanıb, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəzi ölkələrdə COVID-19 epidemiyası səbəbindən xəstəxanaya yerləşdirmə, reanimasiya şöbələrinə müraciət və ölüm hallarının artmasına diqqət çəkdiyi bildirilib.

ÜST COVID-19-un EG.5.1 (Eris) kimi variantların riskini qiymətləndirə bilməsi üçün ölkələrdən gələn hesabatların vacibliyinə diqqət çəkilir. Bütün ölkələri insanların həyatını xilas etmək üçün mövcud tövsiyələrə və tədbirlərə əməl etməyə çağırılır.