COVID-19-un yeni variantı səlahiyyətliləri səfərbər edirbackend

COVID-19-un yeni variantı səlahiyyətliləri səfərbər edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19-un yeni variantı olan Eris səlahiyyətliləri səfərbər edir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Elmi olaraq EG.5.1 adlandırılan bu subvariant ilk dəfə iyulun 31-də aşkar edilib. Bununla belə, əsasən may ayının sonlarına doğru yayılmağa başladığı düşünülür.

Eris adlanan alt variantın Sars-Cov-2-nin Omicron variantından əldə edildiyi deyilir. Mütəxəssislər bu qənaətdədirlər ki, hələlik panikaya düşəcək vəziyyət yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında ölkələrə yeni hallara qarşı ayıq olmaları və COVID simptomları göstərən xəstələri yaxından izləmələri tövsiyə edilib.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) ölkədə koronavirusa yoluxanların sayının artdığını açıqlayıb. Səhiyyə müəssisəsi bildirib ki, son vaxtlar qeydə alınan 4 min 396 tənəffüs yoluxucu xəstəlik hadisəsinin 5,4 faizinə COVID-19 diaqnozu qoyulub.