Culfada ağır yol qəzası olub – Ölənlər varbackend

Culfada ağır yol qəzası olub – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə “Chevrolet Niva” markalı avtomobillə “Tofaş” markalı avtomobil toqquşub.

Nəticədə avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Yunisov Rüstəm Əsgər oğlu hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu isə yaralanıblar.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.”Report”