Dağıstanda sudan zəhərlənənlərin sayı 302 nəfərə çatıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, Dağıstanda sudan zəhərlənənlərin sayı 302 nəfərə çatıb.
Onlardan 294-ü uşaqdır.
Xəstələrin sağaldığı, üç nəfərin evə buraxıldığı qeyd edilir. Hazırda xəstəxanada 93 nəfərin müalicəsi davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az