Dağıstanda terror aktları törətməyi planlaşdıran 4 nəfər axtarışa verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Dağıstanda polis əməkdaşlarına qarşı terror aktları planlaşdıran 4 Kizlyar yaraqlısı axtarışdadır.
İstintaqın məlumatına görə, dəstəyə 10 il banditizmə görə həbsdə olmuş 50 yaşlı Amayev rəhbərlik edir. Onun hazırda üç şəriki ilə birlikdə yoxa çıxdığı qeyd edilir.
Onlardan birinin həyat yoldaşı terror aktları törətmək niyyətində olduqlarını təsdiqləyib.
Xuraman Etibarlı
İnterpress.az