Azərbaycan Ordusunun Türkiyədə təlimə qatılan xüsusi təyinatlı kursu uğurla başa çatdırıblar.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
“Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının keçirdiyi “Əməliyyat Təlim Kursu” başa çatıb. 383 azərbaycanlı hərbçinin iştirak etdiyi təlim kursu avqustun 23-dən oktyabrın 16-na kimi davam edib”, – nazirlikdən qeyd edilib.
Təlimi başa vuran hərbçilərə sertifikatlar təqdim edilib.






