Daha 9 cinayət maddəsi vətəndaşlıqdan məhrumetmə üçün ƏSAS OLACAQbackend

Daha 9 cinayət maddəsi vətəndaşlıqdan məhrumetmə üçün ƏSAS OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Duması iyulun 23-dək vətəndaşlıqdan məhrumetmə əsaslarının genişləndirilməsi haqqında qanun layihəsini qəbul edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Teleqram kanalında məlumat verib.

O qeyd edib ki, daha doqquz cinayət maddəsi əsas ola bilər.

Bunlar qeyri-qanuni miqrasiyanın təşkili, qətl, dəstə zorlaması, xüsusi qəddarlıqla zorakılıq və yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlərdir.

“Qətl, dəstə şəklində zorlama, xüsusi qəddarlıqla zorakılıq əldə edilmiş vətəndaşlıqdan məhrumetmə üçün əsas ola bilər”, – Volodin bildirib.

Dövlət Duması Rusiya Federasiyasının vətəndaşlığından məhrumetmə əsaslarının genişləndirilməsi haqqında qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul etməyə hazırlaşır.

Rusiya Federasiyasının Dövlət Duması vətəndaşlıqdan məhrumetmə üçün əsasların genişləndirilməsi haqqında qanun layihəsini qəbul edəcək.

Xuraman Etibarlı

İnterpress.az