Danimarka Ukraynaya 833 milyon dollar hərbi yardım edəcəkbackend

Danimarka Ukraynaya 833 milyon dollar hərbi yardım edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka Ukraynaya 5,8 milyard Danimarka kronu (833 milyon dollar) dəyərində hərbi yardım edəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Müdafiə Nazirliyi Rusiya ilə müharibədə Ukraynaya yeni hərbi dəstək paketini açıqlayıb.

Sözügedən paketə tanklar, piyada hücum maşınları, tank sursatları və zenit silahları daxil olacaq.

Dəyəri 833 milyon dollar olan paketin 2023, 2024 və 2025-ci illərdə üç hissədə çatdırılması gözlənilir.

Bu paket 2022-ci ilin fevralında Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri Danimarkanın Ukraynaya verdiyi ən böyük yardım kimi qeydə alınıb.

Ötən həftə Danimarka Avropa İttifaqının Hərbi Yardım Missiyası (EUMAM Ukraine) çərçivəsində Ukraynaya 10 ədəd “Leopard 1A5” tankı göndərib.