backend

Danimarkada silahlı hücum: 1 ölü, 4 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkanın paytaxtı Kopenhagendə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kopenhagen polisinin sözçüsü Poul Kjeldsen bildirib ki, Kristina rayonunda iki maskalı şəxs binaya atəş açıb.

Hücumun səbəbinin cinayətkar dəstələrlə bağlı ola biləcəyini deyən Kjeldsen 1 nəfərin öldüyünü, biri ağır olmaqla 4 nəfərin yaralandığını qeyd edib.

Polis maskalı hücumçuları tutmaq üçün işlərini davam etdirir.

Kristina Məhəlləsi cinayətkar dəstələri, anarxist kommunaları və ağır narkotik istifadəsi ilə tanınır.