Daşkəsəndə beş yaşlı uşağı avtomobil vurdubackend

Daşkəsəndə beş yaşlı uşağı avtomobil vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən rayonunda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə rayonun girişindəki Bayraq meydanı ərazisində qeydə alınıb.

Göygöl rayon sakini, 2015-ci il təvəllüdlü Yusif Nurlan oğlu Atayev yolu qarşı tərəfə keçərkən onu “VAZ-2115” markalı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az