Türkiyənin keçmiş baş naziri Qəzza zolağının Türkiyənin tərkibinə daxil edilməsini təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Qəzza zolağının Türkiyənin tərkibinə daxil edilməsini təklif edib.
“Türkiyə Osmanlı İmperatorluğunun qanuni varisi olaraq Qəzza xalqına yoldaş kimi yanaşmalıdır. Qəzza xalqı referendum keçirsin və Fələstin dövləti qurulana qədər Türkiyəyə muxtar bölgə kimi qoşulsun. Qərar Qəzza xalqınındır”, – Davudoğlu deyib.
Xuraman Etibarlı
İnterpress.az