DÇ-2022: Cənubi Amerika zonasının oyunları təxirə salındıbackend

DÇ-2022: Cənubi Amerika zonasının oyunları təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyunlarının təxirə salınması ilə bağlı qərar qəbul edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, oyunlarda iştirak etmək üçün bütün Cənubi Amerika futbolçularını vaxtında toplamaq mümkün olmadığı üçün bu cür qərar qəbul edilib.

Xatırladaq ki, Avropanın bir sıra aparıcı klubları koronavirus pandemiyası səbəbindən tətbiq edilən səyahət məhdudiyyətlərinə görə futbolçularını milli komandalara buraxmaq istəmir.

 

BÜNYAMİN ÇİNGİZOĞLU

İnterpress.az