DÇ-2026: Argentina millisi Braziliyanı məğlub edibbackend

DÇ-2026: Argentina millisi Braziliyanı məğlub edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Argentina millisi Braziliyanı məğlub edib.

İnterpress.az xəbər verir ki, Buenos-Ayresdə baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son dünya çempionlarının heyətində Xulian Alvares (4), Entso Fernandes (12), Aleksis Makallister (37) və Culiano Simeone (71) fərqlənib. Braziliya millisinin yeganə qolunu Matheus Kunya 26-cı dəqiqədə rəqib qapısından keçirib.

Argentina millisinin futbolçusu Lionel Messi zədə səbəbindən bu oyunda iştirak etməyib.