Dəfn sektorunda BÖHRAN – Piylənmə tabut ölçülərini DƏYİŞDİbackend

Dəfn sektorunda BÖHRAN – Piylənmə tabut ölçülərini DƏYİŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyada artıq çəki böhranı dəfn prosesinə də təsir etdi: tabutlar kremasiya sobalarına sığmır

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Britaniyada dəfn büroları artıq çəki epidemiyasının gözlənilməz nəticəsi ilə üz-üzə qalıblar: tabutlar insanların ölçülərinə görə o qədər böyüyüb ki, bir çox kremasiya sobalarına yerləşmir.

Bu, ölkədə son illərdə piylənmənin artmasının real miqyasını göstərən daha bir fakt kimi dəyərləndirilir.

Milli Dəfn Direktorları Assosiasiyasının prezidenti Tim Pörves bildirib ki, dəfn sektoru getdikcə daha böyük tabutlar sifariş etməyə məcbur qalır.

Onun sözlərinə görə, 25 il əvvəl standart tabutun eni 18 düym (45 sm) idi, hazırda isə 20 düym (50 sm) istifadə olunur. Bəzi hallarda isə 24 düymlük (60 sm) tabut belə kifayət etmir.

Məsələ yalnız tabutların ölçüsü ilə bitmir: kremasiya üçün daha iri soba avadanlığı tələb olunur, həmçinin tabutları daşımaq üçün əlavə əməkdaşlar cəlb edilir.

Dəfn büroları bildirirlər ki, bu tendensiya sürətlə artır və yaxın illərdə sektorda daha ciddi dəyişikliklərə səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az